Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

BMT Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyətini alqışlayır

1 350
Paylaş:
BMT Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyətini alqışlayır

Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyətini alqışlayırıq.

Pravda.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən vebinarda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib.

O bildirib ki, hələ 1998-ci ildə BMT tərəfindən ANAMA-nın yaradılması ilə bağlı öz dəstəyini göstərib.

Q. İshaqzainin sözlərinə görə, ANAMA tərəfindən böyük işlər görülür və təşkilat öz işinin öhdəsindən layiqincə gəlir.

“Mən özüm Əfqanıstanda müharibənin dəhşətlərini görmüşəm. Ona görə də bu məsələnin Azərbaycan üçün əhəmiyyətini başa düşürəm”, - deyə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vurğulayıb.

Paylaş:

Ən son xəbərlər