Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Məzahir Pənahov səfir göndərilir

2 116
Paylaş:
Məzahir Pənahov səfir göndərilir

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin ediləcəyi gözlənilir.


Pravda.az-ın əldə etdiyi məlumata görə, M.Pənahov, artıq hazırlıqlara başlayıb.


Xatırlatma: Aprelin 27-də MSK-nın yeni tərkibi formalaşıb. İlk iclasda səsvermə ilə M.Pənahov yenidən MSK sədri, Rövzət Qasımov sədrin müavini seçilib. Pənahov səfir təyin ediləcəyi təqdirdə, MSK-nın sədri vəzifəsi R.Qasımova həvalə ediləcək.


Qeyd: Azərbaycanın Ukraynadakı hazırki səfiri Elmira Axundovadır.

Kamil

Paylaş:

Ən son xəbərlər