Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovun vəfatı ilə bağlı yayılan xəbərlərə bir daha münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, S.Məmmədova deyib ki, məlumat doğru deyil.
“Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir informasiyanı paylaşmayın. Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm. Milli Olimpiya Komitəsi də statusu silib” – o qeyd edib.
***