Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdü

1 523
Paylaş:
Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdü

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.

Pravda.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib.

Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.

Bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.

APA

Paylaş:

Ən son xəbərlər