Deputatlığa namizəd Fəzail Ağamalı yanvarın 18-də Neftçala rayonunun Qaraşaqlı kəndində seçicilərlə görüş keçirib.
Pravda.az-ın xəbərinə görə, görüş öncəsi 1995-ci il mart ayında dövlət çevrilişinə cəhddə böyük igidlik göstərmiş Milli Qəhrəman şəhid Xanoğlan Məmmədovun anası ziyarət olunub, şəhidin büstü önünə çiçək dəstələri qoyulub.
Görüşdə Fəzail Ağamalı ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı uğurlu xarici siyasət və son 4 ildə deputat kimi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb.