Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İki yük avtomobili toqquşub, ölən var

932
Paylaş:
İki yük avtomobili toqquşub, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Xocavənd kəndi ərazisində Goranboy rayon sakini Rəhbər Hümbətovun idarə etdiyi “VAZ-21060” və Bərdə rayon sakini Y.Mejdinovun idarə etdiyi “QAZ-53” markalı (qoşqulu yük) avtomobilləri toqquşub. Qəza nəticəsində ağır xəsarət alan R.Hümbətov və bir sərnişini xəstəxanaya yerləşdirilsə də, R.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər