Çinin Tzsansu əyalətinin nantun şəhərində güclü qasırğa baş verib.
Leysan və dolu ilə müşayiət olunan təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb. Qasırğa nəticəsində ağaclar evlərin üzərinə aşıb, elektrik dirəkləri qırılıb. 3050 nəfər təcili təxliyyə olunub.