Deputatlığa namizəd Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüş keçirib.
Pravda.az xəbər verir ki, görüş Maştağada qəsəbəsinin Mədəniyyət evində baş tutub.
Görüşdə ilk olaraq söz Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Məhəmməd Quliyevə verilib: “Hər birimiz Eldar Quliyevin gördükləri işlərin şahidiyik. Mən bir ruhani kimi deyə bilərəm ki, kimə istəsəm səs verə bilərəm. Ancaq bölgənin gələcək inkişafı naminə Eldar Quliyevə səsimi verirəm. Mən öz adımdan indidən Eldar müəllimi təbrik edirəm. Arzu edirik ki, Allah növbəti seçki əhval-ruhiyyəsini Eldar Quliyevə yenidən nəsib edər”.