BURADA REKLAMINIZ OLA
BİLƏR

İdmançımız Karate1 Premyer Liqa turnirinin finalına çıxdı

Portuqaliyanın paytaxtı Lissabonda Karate1 Premyer Liqa turniri davam edir.

Pravda.az xəbər verir ki, karateçilərimizdən Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) yarışda Rumıniya, İsrail, Ukrayna və Almaniyadan olan rəqiblərini məğlub edərək, finala vəsiqə qazanıb.

Qızıl medal uğrunda həlledici görüşdə onun rəqibi Gürcüstan təmsilçisi olacaq. Qarşılaşma mayın 2-də baş tutacaq.

Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandamız isə bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.

Qeyd edək ki, yarışda Azərbaycanı 15 idmançıdan ibarət heyət təmsil edir.

Turnir mayın 2-dək davam edəcək.

Tarix: 1 May 2021, 23:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin