Rusiyanın Yakutiya regionunun məhkəməsində aprelin 30-da başlamış dinləmə Putini Kremldən qovmaq istədiyini deyən məşhur şamanın qapalı psixiatrik müəssisədə məcburi müalicəsi barədə qərar qəbul edə bilər.
Şaman Aleksandr Qabışev bundan əvvəl dəfələrlə Moskvaya piyada yürüşə başlasa da, qarşısı hakimiyyət orqanları tərəfindən alınıb.
Şaman bəyan edirdi ki, Putin “şər qüvvədir” və buna görə də hakimiyyətdən qovulmalıdır.
Qabışevin bacısı Kaylana Zaxarova AzadlıqRadiosuna deyib ki, qapalı dinləmə aprelin 30-da başlanıb.
Şamanın vəkili Olqa Timofeyeva isə bildirib ki, proses bir neçə gün davam edə bilər.
Vəkilin sözlərinə görə, dövlətin təyin etdiyi ekspertlər məhkəməyə deyiblər ki, Qabışev cəmiyyət üçün “böyük təhlükə” təşklil edir və buna görə də “ixtisaslaşmış xəstəxanada daimi nəzarət altında məcburi müalicəyə ehtiyacı var”.
Şamanın 20-dək tərəfdarl Yakutiya məhkəməsinin qarşısına toplaşmışsalar da zala buraxılmayıblar.
Ötən mart ayında məhkəmə Qabışevin “ruhi xəstə” olduğu barədə hökm vermişdi. Hökmdə deyilirdi ki, şaman psixiatrik xəstəxaya göndərilməlidir.
Qabışevin vəkilləri və tərəfdarları bu hökmdən şikayət edir və bildirirdilər ki, hakimiyyətin məqsədi fərqli düşüncənin susdurulmasıdır.
Fevral ayında Qabışev barəsində “polisə qarşı zorakılıq” maddəsi ilə cinayət işi açılmışdı.