Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Akar: “Türkiyə dost və qardaş Azərbaycanın yanındadır”

1 016
Paylaş:
Akar: “Türkiyə dost və qardaş Azərbaycanın yanındadır”

“Sadəcə terror təşkilatlarına qarşı yox, Türkiyəyə və türk millətinə yönəlmiş hər cür təhdidə qarşı mübarizə aparırıq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. 

Terrorçulara qarşı Suriyanın və İraqın şimalında əməliyyatların davam etdiyini xatırladan nazir qeyd edib ki, Türkiyə dost və qardaş ölkələr Azərbaycan və Liviyanın yanındadır.

“Bu fədakarlıq və qəhrəmanlıqla biz embarqolara, məhdudiyyətlərin hamısının öhdəsindən gəldik, gəlməyə də davam edəcəyik. Niyə? Çünki savaşmaq üçün əzmimiz və qətiyyətimiz var. Tək nəfər də qalsaq sona qədər bayrağımızı, sancağımızı yüksəkdə tutmaq üçün mübarizəmizi davam etdirəcəyik”, - deyə H. Akar vurğulayıb.

Paylaş:

Ən son xəbərlər