Yaşadığımız Ramazan ayının ötən cümə axşamı ölkə futbolu adına çox qızğın keçdi və həmin gün Azərbaycan futbol tarixinin növbəti rüsvayçılıq səhifəsi yazıldı. Azarkeşlərin fikrini qarışdıran çox olaylar gerçəkləşdi. Ölkə kubokunun yarımfinal mərhələsində “Zirə” ilə “Keşlə” arasında keçirilən cavab oyununda FİFA referisi Elçin Məsiyevin qalmaqallı idarəçiliyi vurğulanan çoxsaylı olaylardan sadəcə, biri oldu və milli futbolumuzda qərəzli hakimliklə bağlı səngiməyən müzakirələri daha da alovlandırdı.
Bəlkə də belə demək doğru deyil, lakin hakim Elçin Məsiyev və Rəşad Sadıxovun komandasının finala buraxılmasını istəməyən hər kəs “Zirə Olimpiya Stadionu”nda yaşanan özbaşınalığa görə cavab verməlidir. Əslində, obyektiv baxılsa, “partlayış” hələ bir neçə gün əvvəl, “Zirə” FK-nın rəsmi şəxslərinin yarımfinal matçına “Keşlə”yə rəğbəti ilə seçilən, yuxarıların əmri ilə bu komandanın rəqiblərini “zərərsizləşdirən” Elçin Məsiyevin təyinat aldığına dair informasiya əldə etdiklərində baş verməli idi.
Ancaq hakimin özünün və köməkçilərinin gurultulu bəyanatları gülməli olduğu qədər, AFFA təmsilçilərini də demək olar, heç kim eşitmirdi. Hamı vahimə içərisində penalti təyin olunan epizodun videotəkrarına baxırdı. Bəlkə də yatmağa, bəkə də üsyan etməyə getdilər... Hakim öz tapşırığını artıqlaması ilə yerinə yetirdi. Amma cümə günü hər kəs oyanacaqdı axı. O matçdakı bütün problemlər də ötəri idi. Problemlər yox olacaq, AFFA-dan asılı olmayan komandalara qarşı oyunların hakimliyi isə tarixdə qalacaq. Belə görürəm, çox az adam bu problemlə nə edəcəyini və necə sərt reaksiya verəcəyini bilmir.
Hakimliklə əlaqədar problemi həll etmək olar, çünki o məsələni eybəcər sızanaq kimi sıxıb boşaltmaq mümkündür, daha sonra onun ətrafında hamar və gözəl dəri qalacaq. Lakin problemi “yuxarı”dan həll etmək, qalstuklu adamları “təmizləmək” daha çətindir. Son dövrlərdə bizim futbol yarışlardan, Premyer-Liqadan daha çox baş açmaq çətin olan qarışıqlığa bənzəyir. Zirədə yaşananları ağrı ilə qavramağımız ondan xəbər verir ki, əslində, biz o hadisələrə alışmışıq, onlara hazırıq.
2000-ci illərin əvvəllərini xatırlayın. O zaman hər turda bir neçə analoji hal təkrarlanırdı. Hətta regionlarda keçirilən oyunlara ezamiyyətə getmək az qala döyüş əməliyyatları zonasına daxil olmağı xatırladırdı. İndi heç də elə deyil. Zərər çəkən insanlara, komandaya çox heyf, onlara sağlamlıq arzulamaq lazımdır. Lakin qəti qənaətimiz budur ki, belə hallar qlobal miqyasda təkrarlanmamalıdır. Lakin ötən həftə bundan da betər eybəcərlik Masazırda təkrarlandı. Hakim Vüqar Həsənlinin “Sabah” və AFFA-nın başqa bir projesi, futbolumuzun flaqmanı sayılan “Neftçi” arasında keçirilən oyunda çıxardığı şou hələ uzun müddət danışılacaq. Oyunçulara 3, məşqçiyə isə 1 qırmızı vərəqənin verildiyi, 3 penaltinin təyin olunduğu matçdan sonra AFFA hakimi cəzalandırmaq və daxili təhqiqat aparmaqla işini bitmiş saydı. Bu gün çıxıb nə deyəcəklər, bilinmir...