Deputatlığa namizəd Hadi Rəcəbli seçicilərinə müraciət edib.
Pravda.az həmin müraciəti təqdim edir:
“Mən Lənkəranın Veravul kəndində doğulmuşam, anam müəllimə, atam qulluqçu olub, zəhmətlə ucalmışam. 50 ildir ki, peşəkar siyasətdəyəm, siyasi elmlər doktoru, professoram, Dövlət İdarəçilik Akademiyasının buraxılış imtahan komissiyasının sədriyəm.
Peşəkar siyasətdəki fəaliyyətimin 30 ilə yaxını parlamentlə bağlı olub. Sosial problemlərlə məşğul olmuşam, xalqın rifahının yaxşılaşdırılması üçün daim seçicilərimin və Yeni Azərbaycan Partiyasının, prezidentimin yanında olmuşam. Yüzlərlə sosial yönümlü, xalqın rifahına xidmət edən qanun layihələrini hazırlayıb ortaya çıxarmışam.
Təkcə ötən il ölkə üzrə minimum əmək haqqı iki dəfə artmış , müavinətlər, digər yardımlar xeyli çoxalmışdır. Fəal sosial müdafiənin özünüməşğulluq sistemi geniş vüsət almış, adamlarımızın rifahında ciddi, müsbət dəyişikliklər olmuşdur.
Nə edəsən ki, iqtidar-müxalifət mübarizələrində bu bütün siyasətçilər kimi mən də bəzi yalan, böhtan, təhrif və buna oxşar ədalətsizliklərlə də rastlaşmışam. Odur ki,bunlara aydınlıq gətirmək üçün sizdən Hadi Rəcəbli adlı sosial şəbəkə hesabımdan həqiqətləri izləməyə dəvət edirəm.
Mənə müraciət edən seçicilərimin qayğıları ilə daim yaxından məşğul olmuşam, parlamentdə ən çox ərizə, müraciət və şikayətlərə baxan deputat kimi tanınmışam.
Fəaliyyətimdə prioritet bildiyim bəzi məsələləri Sizinlə bölüşmək istərdim
- Yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı
- Minimum əmək haqqı və pensiyaların mütəmadi artırılması