Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Türkiyə XİN başçısı mayın 6-da Almaniyaya gedəcək.

Səfər çərçivəsində baş tutacaq görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və Aİ-Türkiyə arasındakı əlaqələr müzakirə olunacaq.