Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Güclü külək axşama doğru zəifləyəcək

1 047
Paylaş:
Güclü külək axşama doğru zəifləyəcək

"Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək: “Küləyin maksimal sürəti arabir 30-35 metr/saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Səhər mülayim cənub küləyi ilə əvəz olunacaq".

G. Məmmədova qeyd edib ki, bölgələrdə gün ərzində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək: "Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayın 6-sı səhər saatlarından yağıntının tədricən azalacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Paylaş:

Ən son xəbərlər