Bu gündən Azərbaycana gətirilən emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Pravda.az-ın məlumatına görə, Nazirlər Kabineti 5 aprel tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarına əsasən, həmçinin, Azərbaycana gətirilən işlənməmiş və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində platin 15 faiz idxal gömrük rüsumundan azad edilib.