Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Polis əməkdaşı əməliyyat zamanı öldürüldü

1 309
Paylaş:
Polis əməkdaşı əməliyyat zamanı öldürüldü

Fransanın cənub-şərqində narkotik alverçilərinin yaxalanması ilə bağlı əməliyyat zamanı bir polis əməkdaşı həlak olub.

Bu barədə Fransanın baş naziri Jan Kasteks özünün tvitterdəki səhifəsində bildirib.

Onun sözlərinə görə, polis Avinyonda keçirilən əməliyyat zamanı ölümcül yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Öz növbəsində Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen tvitterdəki səhifəsində qeyd edib ki, polis narkotik ticarəti ilə bağlı fəaliyyətin qarşısını almaq üçün əməliyyat keçirib.

"Bir neçə polis əməkdaşı atəşə tutulub. Ağır xəsarət almış polis ölüb”, - deyə o bildirib.

Report

Paylaş:

Ən son xəbərlər