BURADA REKLAMINIZ OLA
BİLƏR

"Aslan Hüseynovun bacısı reanimasiyadadır"

Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun bacısının vəziyyəti pisləşib.

 

Pravda.az xəbər verir ki, o, reanimasiyaya yerləşdirilib. Bu haqda rəqqasə Fatimə Fətəliyeva İnstaqramda canlı yayımda deyib.

 

Ötən gün mərhum sənətçinin Gəncədə keçirilən yas mərasiminə qatılan Fatimə "Ailə pis durumdadır. Atası xəstədir, oğlunun ölümündən xəbəri yoxdur. Bacısı reanimasiyadadır. Xanımı evdar qadındır, heç nədən başı çıxmır" sözlərini söyləyib.

 

Qeyd edək ki, Gəncədən anasının yasından qayıdan A.Hüseynov sükan arxasında yatıb və maşın "Kamaz" avtomobili ilə toqquşub.

 

Axsam.az

Tarix: 6 May 2021, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin