Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ara Ayvazyanla görüşü başlayıb.

Pravda.az-ın məlumatına görə, görüş İrəvanın mərkəzindəki Xarici İşlər Nazirliyi binasında keçirilir.

Ayvazyanla danışıqlardan sonra Rusiya XİN rəhbəri Baş nazir Nikol Paşinyanla da görüşəcək.

Qeyd edək ki, Lavrov 10-11 may tarixlərində Bakıya işgüzar səfər edəcək.