BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşa döyüşlərinin iştirakçısı olmuş zabit vəfat etdi

Vətən müharibəsinin iştirakçısı dünyasını dəyişib.


Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Daxili Qoşunların hərbi qulluqçusu, leytenant Rüfət Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib:

"Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib".

 



Tarix: 6 May 2021, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin