Məzmuna keç
Pravda.az — xəbər portalı
Hərbi

"Azərbaycan piyadaların özünümüdafiə silahları istehsal edən azsaylı ölkələrdən biridir" - Mədət Quliyev

1 514
Paylaş:
"Azərbaycan piyadaların özünümüdafiə silahları istehsal edən azsaylı ölkələrdən biridir" -     Mədət Quliyev

"Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silahsursat və hərbi texnika istehsal edilir".

Pravda.az-ın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir: "Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk".

Paylaş:

Ən son xəbərlər