“Valyuta satışına tətbiq olunan qeyri-rəsmi məhdudiyyət xarici investorlar və yerli sahibkarların ölkəyə pul qoyuluşunu təhlükə altına salıb”. Bu sözləri banklar tərəfindən xarici valyuta satışına tətbiq edilən limitin hələ də davam etməsinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib. İqtisadçının sözlərinə görə, bankların öz təşəbbüsü əsasında valyuta satışına məhdudiyyət qoyulduğu bəyan edilib. Bu qərar bütün hallarda ciddi risklərə yol açır:
“Qanunvericilikdə belə bir məhdudiyyət yoxdur və Mərkəzi Bank da bununla bağlı özəl banklara heç bir öhdəlik qoymadığını vurğulayır. Guya ölkədəki bütün banklar anidən məhdudiyyətlə bağlı qərar veriblər.
Qeyd olunan məhdudiyyətin nə vaxta kimi davam edəcəyi bankların qərarından asılıdır. Bu tendensiya bank sektorunun inkişafına mənfi təsir etməklə yanaşı, vətəndaşların bank sisteminə olan etimadını da azaldır.