Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Hər şeyə hazır olmaq lazımdır” - Pərvin

1 811
Paylaş:
“Hər şeyə hazır olmaq lazımdır” -     Pərvin

Aktrisa Pərvin Abıyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Pərvin Abıyeva ilə qısa müsahibəni təqdim edirik.

- Məqsədinizə çatmaq üçün itirdiklərinizə görə peşman olmusunuz?

- Qazandıqlarımız və itirdiklərimiz bizim təcrübəmizdir. Ona görə də peşman olmaq zəiflikdir.

- Rəfiqəniz sizə xəyanət edibmi?

- Yaşadığınız müddətdə xəyanət görəcəksiniz, istər dost, istər sevgili olsun. Hər şeyə hazır olmaq lazımdır. Mənim bir özəlliyim var ki, baş verənləri beynimə yeridib, tez qəbullana bilirəm və bununla yaşamağı öyrənirəm.

- Sizə sevməyəni sevməsi üçün gözləyərsinizmi?

- Elə bir hal başıma gəlməyib. Hər zaman sevilib, sonra sevmişəm. Məni sevməyəni sevə bilmərəm.

- Sevirsinizmi?

- Əlbəttə ki, hər zaman sevirəm. Sevgisiz necə yaşanır ki, boş və mənasız.

- Rinoplastika əməliyyatı etdirmisinizmi?

- Bəli, 2016-cı ildə rinoplastika əməliyyatı etdirmişəm.

Paylaş:

Ən son xəbərlər