Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin mayın 10-u saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən, şimal və qərb rayonlarda intensiv olub, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.
ETSN-dən verilən məlumata görə, yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib.
Düşən yağıntının miqdarı Böyük Qafqaz zonasında 5-16, Sarıbaşda (Qax) 29, Balakəndə 28, Şahdağda 21, Zaqatalada 19, Kiçik Qafqaz zonasında 15-18, Naxçıvan MR-da 2-8, Mərkəzi Aran rayonlarında 3-5, Qazax-Gəncə zonasında 5-20, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.