BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sedat Peker Lotu Quli haqda danışdı: "Dedim, getmə Türkiyəyə, sıxıntı yaşayarsan"... - VİDEO

Türkiyə "oğru dünyası"nın tanınmış simalarından olan Sedat Peker bir videomüraciət yayıb.


Pravda.az xəbər verir ki, S.Peker həmin müraciətdə bir çox qaranlıq məqamlara toxunub, mafiya -siyasət əlaqələri haqqında danışıb. Onun müraciətində bir neçə azərbaycanlının adları da çəkilir. Onlardan biri də ötən yayda qətlə yetirilmiş azərbaycanlı "qanuni oğru" Nadir Səlifov - "Lotu Quli"dir. S.Peker üzərində Türkiyəyə girməklə bağlı deport olan Qulinin ölkəyə necə girməsi və başına gələnlərlə bağlı detallı danışıb: "Mənim dostum, "qanuni oğru"ların lideri Quli 20 il türmədə yatmışdı. Dövlət onu deport etmişdi. Deport sənədini oxumuşam.

 


 

Orda qeyd edilib ki, Ədirnədə girilən bir silahlı atışmada onun adamları tərəfindən polis öldürülüb. Amma rəsmi sübut yoxdur. Buna baxmayaraq, bu adamın üzərindən rəsmi deportu götürüb Türkiyəyə gətirdilər. Prezidentin edə biləcəyi bir şey deyil bu. "Dərin dövlət"in başı Mehmet Ağar (Türkiyənin sabiq daxili işlər naziri) bunu etdi. Niyə, bilirsizmi? Mübariz Mənsimovu öldürtməsi üçün. Mübariz bundan hər yeri almaq üçün çalışırdı ha, ona görə. Allaha şükür, o pis hadisə olmadı. Mübariz də dik adamdır, müqavimət göstərdi. Sonra Qulinin qardaşı da işə qarışdı, "aman, biz bir şey etmirikmişik kimi görünməyək". Qulinin başına nə iş gəldi, bilirsizmi? Öldürüldü".

S.Peker Qulinin Türkiyəyə getmədən öncə ona zəng elədiyini xatırladıb: "Zəng elədi mənə. Dedi ki, mən gedirəm Türkiyəyə. "Getmə, mən orda yoxam. Sıxıntı yaşaya bilərsən" dedim. Dedi ki, mən çox güclüyəm. Mehmet abi ilə aram iyi.


Gəldi, həftəsi dolmadan öldürüldü. Onların da qarşı tərəfi çox "iyi arkadaşlar" (Rövşən Lənkəranski cinahı nəzərdə tutulur). Çox yaxşı dostlar idilər. Gərəksiz yerə bir düşmənçilik başladı. Sonu da belə oldu. Hər ikisi də Azərbaycan türkü idilər. Quli polisdəykən Mehmet Ağır emniyyət müdiri Mustafa bəyə zəng etdimi? Biləyimi hər kəsin gözü önündə kəsəcəm, bunun sübutu olmasa. Telefon qeydlərinə baxın, zəng etdimi? Etdi. Dedi, azadlığa buraxa bilərsizmi? Dedilər, yox, mümkün deyil. Adı rəsmi sənədlərdə polis qatili olaraq keçir. Halbuki mən Qulinin belə bir şey etdiyinə inanmıram. Çünki milliyyətçi bir adamdır. Amma nəticədə onu Köç İdarəsinə göndərdilər, oradan da buraxıldı. Gördünüzmü, dərin dövlət nələr-nələr edir?"

Musavat.com

 

Tarix: 10 May 2021, 12:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin