BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

MEDİA-da Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı videokonfrans keçirilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən media ekspertlərinin və nümayəndələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans formatında tədbir keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, “Ümummilli lider Heydər Əliyevin informasiya siyasəti və Azərbaycan mediasının inkişafı” mövzusunda reallaşan tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Heydər Əliyev və müstəqillik dövründə dövlət-media siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi tərəfindən qeyd edilib ki, müasir Azərbaycan mediasının inkişafı Ulu Öndərin adı ilə bağlıdır və ölkəmizdə senzuranın aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən mətbuatımızın inkişafına verilmiş töhfələrdir. Bu gün dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən Ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasi kursun uğurla davam etdirildiyi, media sahəsində islahatların daha da dərinləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin uğurla həyata keçirildiyi vurğulanıb.

 

Videokonfransda iştirak edən media ekspertləri və nümayəndələri Ümummilli lider Heydər Əliyevin informasiya siyasətindən və müasir medianın yeni çağırışlarından danışıblar. Tədbir iştirakçıları çıxışlarında onun müstəqil medianın inkişafında tarixi rolunu qeyd etmişdir. Həmçinin Ulu Öndərin vaxtilə “Jurnalist” jurnalına verdiyi müsahibəsində medianın mahiyyətini dəqiqliklə ifadə edən “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” fikri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mediaya verilmiş bu tərifin elmi, nəzəri və praktiki baxımdan bütün aspektləri müzakirə edilib və müasir çağırışlar dönəmində də aktual olması xüsusi vurğulanıb.

 

MEDİA Agentliyinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb.

Tarix: 10 May 2021, 14:14   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin