BURADA REKLAMINIZ OLA
BİLƏR

Poladsız ilk Analar Günü... - VİDEO

Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Haşımova Beynəlxalq Analar Günündə oğlunun məzarını ziyarət edib.


Pravda.az xəbər verir ki, Səmayə Haşımova Türkiyənin “Haberglobal” kanalına açıqlamasında Poladın əslində vəkil olmaq istədiyini, ancaq Azərbaycanın əzəli torpaqları ermənilər tərəfindən işğal edildiyi üçün əsgər olmağa qərar verdiyini ifadə edib.


Polad Həşimovun general rütbəsi aldığı gün bir ana kimi çox xoşbəxt olduğunu söyləyən Həşimova sözlərinə belə davam edib: “Formasını evə gətirdi. O gün alnından öpdüm. Vətənini çox sevirdi. “Ana, səni sevdiyim qədər Vətənimi sevirəm. Oradakı əsgərlərin valideynləri də onları çox sevir. Əsgərlər mənə əmanətdir”, -dedi”.


Daha sonra S. Həşimova oğlunun Türkiyədəki təlimlərə qatıldığını bildirib: “Türkiyə xalqını və ordusunu çox sevirdi. Həmişə Türkiyə ordusundan təriflə danışardı. Atatürkün məzarını ziyarət etməsindən də sevinclə bəhs edərdi. Şəhid anası olmaq çox ağırdır. Bu, bir ana üçün böyük bir ağrıdır. Onların da anaları var. Allah bizə dözmək üçün güc versin. Allahın verdiyi canı özümüzdən alana qədər dözməliyik”.

 

 

 

 
Tarix: 10 May 2021, 16:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin