BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Əliyev Kərimə uduzdu

"Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə müğənni Kərim Abasov arasındakı məhkəmə işi başa çatıb.

 

Pravda.az xəbər verir ki, məhkəməni Kərim haqlı tərəf kimi göstərilib. Bunla bağlı sənətçi məlumat verərək, qalib gəldiyini açıqlayıb:

 

"Haqq-ədalət yenə də öz yerini tapdı. Məhkəmənin qalibi mən oldum, iş icraya göndərildi. Apellyasiya məhkəməsi qərarı mənim xeyrimə çıxardı. Yenə də arzunuz ürəyinizdə qaldı. Siz məni məhkəməyə yox, çalışdığınız kanallarda qadağaya qoymağa davam edin. Sevdiyi işdir, "qadağa" qoymaq. Bəlkə onunla özünüzə rahatlıq taparsınız. Sizə yazığım gəlir, Allah sizi hidayət etsin".

 

Qeyd edək ki, müğənni ilə prodüser arasındakı qalmaqala səbəb O.Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli olub. Kərim aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilib. İfaçı eyni zamanda E.Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı. O.Əliyev Kərimdən 200 min manat təzminat istəyirdi.

 

Axsam.az

Tarix: 10 May 2021, 22:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin