BURADA REKLAMINIZ OLA
BİLƏR

Zavodda partlayış - 4 nəfər xəsarət aldı

Yaponiyanın Fukusima əyalətinin İvaki şəhərində yerləşən kimyəvi zavodda partlayış baş verib.


Pravda.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.


Partlayışdan sonra müəssisədə yanğın baş verdiyi bildirilib. Hadisə yerinə xilasetmə briqadaları və polis əməkdaşları cəlb edilib.


Qeyd edək ki, zavod kosmetik sənayesi üçün sink tozu istehsal edən “Sakai Chemical Industry” şirkətinə məxsusdur.

Tarix: 11 May 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin