Mayın 9-da saat 07 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon prokurorluğundan Pravda.az-a verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.