Şəmkir rayon prokurorluğu mayın 9-da rayonda baş vermiş silahlı insidentlə bağlı açıqlama yayıb.
Rayon prokurorluğundan Pravda.az-a verilən məlumata görə, həmin tarixdə, saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.