BURADA REKLAMINIZ OLA
BİLƏR

"Lider"lə "Space" birləşsin - Deputatdan TƏKLİF

"Televiziyalarda islahatlar aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq"

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

E.Əliyevin sözlərinə görə, ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər: "Dünyada isə səviyyə uğrunda rəqabət gedir. Televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür? Məsələn, “Lider”lə "Space”in nə fərqi var? Birləşsələr, nə baş verər. Televiziyaların ictimai rəyə təsiri sıfıra bərabərdir. Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə dişə vurulası bir veriliş belə yoxdur. Bu kadrlarla bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil. Vaqif Mustafayev nümunəsini götürək. Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır. “Lider” də belədir. Baxıram ki” “Xəzər” də Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş bataqlığa yaxınlaşır".

Tarix: 11 May 2021, 20:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin