Keçmiş senator Fərhad Əhmədovun tərəfdarları keçmiş arvadına London məhkəməsinin qərarı ilə verəcəyi boşanma təzminatını ödəməməsi üçün yeni bəhanələr tapırlar.
Dünya və Rusiya mediası, London Ali Məhkəməsinin Azərbaycan əsilli rusiyalı milyarderin keçmiş həyat yoldaşı Tatyanın Krasnodar diyarından keçmiş senator Fərhad Əhmədovun oğlu Teymura qarşı iddiası ilə bağlı son qərarını fəal şəkildə müzakirə edir.
Məhkəmə müəyyən edib ki, Teymur bir neçə il boyunca atasına 2016-cı ildə boşanması zamanı təxminən 600 milyon dolların gizlədilməsində yardım edib. İndisə məhkəmə qırarına görə, Teymur anasına həmin məbləğin altıda bir hissəsini ödəməlidir.
Onun pulu var - 27 yaşlı oğlan, Londonun ən bahalı yaşayış kompleksi "One Hyde Park" da, ukraynalı oliqarx Rinat Axmetov, Qətərin baş nazirinin müavini və digər hörmətli insanlara bitişik, kifayət qədər böyük bir mənzilə sahibdir. Fransada sanballı əmlakı, çox böyük super avtomobil kolleksiyası var... siyahını uzarmaq da olar. Göründüyü kimi, indi bütün bunlar məhkəmə tərəfindən anasının lehinə müsadirə ediləcək və Teymur həmişəki lüks həyat tərzini dəyişdirməli olacaq. Onun doğulduğu və böyüdüyü Dumanlı Albionun paytaxtını tərk etməsi də gözlənilir.
Pravda.az xəbər verir ki, Fərhad Əhmədova gəldikdə, sərvətini Rusiyada qazanıb, bu ölkəni çoxdan tərk edib və Dubay ilə doğma Azərbaycan arasında yaşayır.
Fərhad Əhmədovla Tatyana 1990-cı illərin əvvəlində evləniblər və dərhal Böyük Britaniyaya köçüblər. Onların ailəsində iki uşaq doğulub - oğulları Teymur və Eqdar. Lakin nikahları çat verib, 2013-cü ildə Tatyana ərinin davranışları səbəbindən boşanma üçün iddia qaldırıb.