BURADA REKLAMINIZ OLA
BİLƏR

Təl-Əviv istiqamətində 130 raket atılıb

HƏMAS-ın silahlı qanadı "İzzəddin al-Kassam briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.

 

Bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Agentlik bildirib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı eşidilir.

 

Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkə Qəzza sektorunda hərbi qüvvələrini sayını və zərbələrin tezliyini artırmaq niyyətindədir.

 

Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.

 

İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.

Tarix: 11 May 2021, 22:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin