Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Şaka” ləqəbli narkotik alverçisi saxlanıldı

1 119
Paylaş:
“Şaka” ləqəbli narkotik alverçisi saxlanıldı

Xaçmaz rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs tutulub.

DİN-dən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov ("Şaka" ləqəbli) yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Paylaş:

Ən son xəbərlər