"Həyat yoldaşım evdə deyinirdi ki, kişi də saat 12-yə kimi yatar? Durub, məcbur olub izah edirdim ki, kişilik vəzifələrimi yerinə yetirmirəm deyinirsən? Filan şey istəyirsən alıram, nə istəyirsən həll edirəm. Məcburam yatmağa ki, 7-8 saat yatım, səsim işləsin və gedib məclis idarə edim. Bunu da kapriz kimi qəbul edirdilər".
Pravda.az xəbər verir ki, bu sözləri müğənni İlqar Xəyal "10-da görüşək" proqramında deyib. Sənətçi həyat yoldaşı ilə yaşadığı problemlərdən danışıb.