Bir müddət əvvəl oğlunu itirən Xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə paylaşımı ilə hər kəsi kövrəldib.
Pravda.az xəbər verir ki, Xalq artisti öz acısını qeyd edərək, yazıb:
"Ya rəbbim, sənə sığındıq, sənə inandıq. Xeyirlərinə şükür etdik, şərdə sənə sığındıq. Kədərimə boyun əydim, sənnən gələni qəbul etdim. Oğul itirən anaları bu dərd quyusundan çıxar, ya rəbbim. Bizə səbr ver".