Mayın 12-də Mingəçevirdə baş vermiş dava nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Pravda.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.