BURADA REKLAMINIZ OLA
BİLƏR

Göygöldə qəza törədən avtomobilə baxan sürücü maşını aşırdı

Göygöl rayonunda xəsarətlə nəticələnən iki avtomobil qəzası olub.

 

hər iki hadisə rayonun Çaykənd-Toğana avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, “Hyundai” markalı minik avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarındakı meneəyə dəyib. Qəza nəticəsində sərnişin və sürücülər yüngül bədən xəsarətləri alıblar.

 

Hadisə nəqliyyatın hərəkətinə təsir edib. Hadisə baş verən ərazidən keçən “Chevrolet” markalı avtomobil də qəza törədib. İlkin məlumata görə, sürücü baş vermiş qəzanı izlədiyindən diqqəti yayınıb və avtomobili aşırıb. Hadisə nəticəsində ölüm hadisəsi baş verməyib.

 

Xəsarət alanlar xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Oxu.az

Tarix: 13 May 2021, 19:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin