Ölkə ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər təşkil olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, reydin keçirilməsində əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır.