Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda intihar edən sahibkar oğlu imiş - FOTO

1 965
Paylaş:
Bakıda intihar edən sahibkar oğlu imiş -   FOTO

Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.


Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib.


Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.


Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Lənkəran rayon Şağlaser kənd sakinlərinin dediyinə görə, mərhum hazırda doğulduğu kənddə torpağa tapşırılır. Mərhumun atası Məhərrəm Əhədov Bakıda “MIR” avtosalonun sahibidir.Oxu.az


Paylaş:

Ən son xəbərlər