BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

Bakıda Binəqədi-Novxanı yolunda İcra Hakimiyyətinə məxsus yük maşını piyadanı vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Pravda.az-ın xəbərinə görə, Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAz" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi rayon İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb. Trend

Tarix: 21 Yanvar 2020, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin