"Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi paytaxtdan Qəbələyə dəmiryolu vasitəsi ilə səfər etməyə imkan yaradacaq. Sözügedən dəmir yolu xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49 km-dir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir".
Pravda.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
V.Bayramov hesab edir ki, bu dəmiryolunun istifadəyə verilməsi daxili və gəlmə turizmin inkişafı baxımdan vacib hesab olunur: “Qəbələ turistlərin ən çox səfər etdiyi rayonlarımızdandır. Turizmin inkişafı Qəbələ rayonunun iqtisadi göstəricələrinə də təsirsiz ötüşməyib. Rayonda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb. 2015-ci ildə sözügedən rayonda 5 909 nəfər hotellərdə qalmışdırsa pandemiyadan əvvəlki il bu rəqəm 186 431-dək yüksəlib. Həmin müddətdə hotellərin gəliri 393 min manatdan 30 milyon 919 min manatadək artıb. Hotellərdə nömrələrin sayı son 5 ildə 196-dan 1 127-ə çatıb. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olub.