İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Caspian Fruit CO” MMC-ni məhkəməyə verib.
Dövlət qurumunun iddiası artıq icraata götürülüb. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.