Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DYP “205”lə radara düşən sürücü ilə bağlı qərar verdi

1 413
Paylaş:
DYP “205”lə radara düşən sürücü ilə bağlı qərar verdi

Baş Dövlət Yol Polisi İdarəsi Ağsu-Ağdaş yolunda sürücünün 205 km/saat sürətlə radara düşməsi ilə bağlı araşdırma aparıb.


Pravda.az xəbər verir ki, bu barədə idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.


Onun sözlərinə görə, araşdırmalar zamanı həmin qayda pozuntusunda texniki səhv aşkar edilib: "Qeydə alınan cərimə və sürücünün həmin sürətlə radara düşməsi texniki səhvdir. Təbii ki, o sürətlə avtomobil getməz. Buna görə də sürücüyə tərtib olunan cərimə ləğv olunacaq".


Qeyd edək ki, ötən gün Ağsu-Ağdaş yolunda "Kia Sportage" markalı avtomobilin 205 km/saat sürətlə radara düşməsi barədə məlumat vermişdik.


Lent.az

Paylaş:

Ən son xəbərlər