BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda başına dəmir parçası düşərək ölən qadınla bağlı yeni xəbər

Bakıda qadının başına dəmir parçası düşərək ölməsi faktı ilə bağlı bir nəfər istintaqa cəlb edilib.


Pravda.az xəbər verir ki, həmin cinayət işinin istintaqı başa çatıb və Hüseynov Cavid Həsrət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.


İşə hakim Solmaz Mustafayevanın icraatında baxılacaq.


Qeyd edək ki, bədbəxt hadisə bu il martın 7-də qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birigüclü küləyin təsirindən uçaraq onun üzərinə düşüb. ŞəfəqNamətova hadisə nəticəsində ölüb.


Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 16 May 2021, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin