BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda İİV-ə yoluxmaların 38,6 faizi narkotik istifadəsi nəticəsində baş verib

2021-ci ilin I rübü ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olub.

2021-ci ilin 31 mart tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil edib ki, onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.

Bu barədə Pravda.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülüb (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır. Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib (38,6 faiz).

Tarix: 16 May 2021, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin