Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.
Pravda.az xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ” 2106 markalı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.