Türkiyəli mafiya başçısı Sedat Peker növbəti videosunda yenidən “Lotu Quli” ləqəbli Nadir Səlifov və Mübariz Mənsimovdan danışıb.
S. Peker “Youtube” vasitəsilə yayımladığı videosunda bildirib ki, açıqladığı məlumatların hamısı faktlara əsaslanır:
“Mənə deyirlər ki, ortaya fakt qoy. Prokurorların işləri asan olsun deyə bir daha vurğulayıram, rus “vor” sisteminin ortaya çıxardığı qanundankənar qruplardan birinin başında olan Nadir Səlifov (“Lotu Quli”) Türkiyədə polis cinayətinə qarışdığı üçün cinayətkarlıqla mübarizə polisi tərəfindən saxlanılaraq deportasiya edildimi? Bu şəxs barəsində hazırlanan sənədlərdə onun polis qatili olması ilə bağlı məlumatlar varmı? Mehmet Ağar polis rəisi Mustafa Çalışkana zəng edib, “Quli”nin sərbəst buraxılmasını istəyibmi? Telefon siqnalları və digər məlumatlara baxılsın. Nadir Səlifov deportasiya edildikdən sonra yenidən Türkiyəyə daxil olubmu? Olubsa hansı qərarla bu baş verib? Türkiyənin Dubaydakı səfirliyinə müraciət edib bununla bağlı məlumatlar məndən alınsın”.
Sedat Peker videonun davamında yenidən Mübariz Mənsimovun mülkünün əlindən alınması məsələsinə toxunub: