BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xırda bir problem üzündən tikintinin dayandırılması cinayət, dövlətə xəyanətdir”

“İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu gün Kərəm Həsənovun atasına rəhmət oxutdurur. Əvvəl açıq bazar idi. Gedirdin danışıb, pulunu verib reyestrdən çıxarışını alırdın. İndi isə qanuni qüvvədə olan məhkəmə qərarları ilə də çıxarış almaq olmur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, məhkəmələr rüşvətxordur, bunu hamı bilir, axı məhkəmənin çıxardığı qərar dövlətin adında olur: “Sıravi vətəndaş bu qərarı alıbsa, o, ya icra olunmalıdır, yaxud qanunsuzdursa ləğv olunmalıdır. Şəxsən özüm bir iş barədə ən yüksək rütbəli məmurlarla da danışmışam. “Biz qərarı almamışıq” deyir. Qərarın surətini verirəm, deyir “yox, qərar bizə məhkəmədən gəlməlidir”. Deyirəm ki, “etibar etmirsinizsə özününüz tələb edin”, etmirlər və 4 aydır ki, məhkəmə qərarı hələ də gəlib çatmayıb. Rüşvət mexanizmi də çox ağıllı qurulub. Əvvəlcədən şəxsə sms gəlir ki, sizə rədd cavabı verilibdir və şəxs Xidmətə dəvət olunur. Nə üçün? Yəqin ki, hamı üçün aydındır. Əmlaka verilmiş hər bir çıxarış sabah kredit götürülüb yeni iş yeri açılması üçün vasitə ola bilər. İslahat fikirləşən adamlar bunu nəzərə alar. Dövlət şəhərsalma və Arxitektura Komitəsi də eyni prinsiplə işləyir. Tanıdığım onlarla iş adamları işlərini dayandırıblar. Səbəb yenə də nöqtə-vergül axtarışıdır. Xırda bir problem üzündən tikintinin dayandırılması bu gün cinayət, dövlətə xəyanətdir, çünki onsuz da insanların maddi durumu çox pisdir, iş yerləri azdır. Bu gün ən tez və çox iş yeri yaradan məhz tikintidir ki, özünü islahatçı adlandıranlar var gücü ilə bu sahənin inkişafına xidmət etməlidirlər. Tikintinin özündə fəhlələr çalışır, işlətdikləri materialların istehsalı, satışı, daşınması da ayrı iş yerləridir. Sizi əmin edirəm ki, bu gün tək bu Xidmətdə islahat ruhu olsa qısa zamanda on minlərlə iş yeri açılar.

İndi bura ənənəvi rüşvət mənbəyi olan məhkəmələri, hüquq-mühafizə orqanlarını, icra hakimiyyətlərini da əlavə edin və düşünün ölkədə hansı islahat gedir...”

Tarix: 16 May 2021, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin